Rubio: ABŞ yaxın həftələrdə Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ yaxın həftələrdə Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışacaq

Tarix: 01 Aug 2026 14:46

Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi yaxın vaxtlarda yenidən başlaya bilər.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

"Yaxın bir neçə həftə ərzində Rusiya və Ukrayna arasında danışıqları bərpa edib bu müharibəyə son qoymağın mümkün olub-olmadığını müəyyənləşdirmək məqsədilə müəyyən səylərin şahidi olacaqsınız", – deyə Rubio bildirib.

İlqar Xudiyev Rusiya-Ukrayna danışıqları ABŞ

Mənbə: apa.az

Xəbər Lenti