ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

Tarix: 01 Aug 2026 14:37

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.

APA xəbər verir ki, səfirliyin “X” səhifəsində yaydığı məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına hazır olmalarını tövsiyə edilib.

"ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır. ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları anlamına gəlmir", – deyə səfirliyin xəbərdarlığında vurğulanıb.

Açıqlamada qeyd olunub ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan hücumlar həyata keçirib, həmçinin hücumlarının coğrafiyasını əvvəllər hədəf alınmayan ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.

İlqar Xudiyev ABŞ İran Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti