Şənbə, 1 Avqust, 2026
Tarix: 01 Aug 2026 15:04
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib.
APA xəbər verir ki, Zelenski bu barədə "Telegaram"da paylaşım edib.
Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan "Yanina" konteyner gəmisi vurularaq batırılıb.
Zelenski əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Başqırdıstanda yerləşən üç Rusiya neft emalı zavodunun infrastrukturunu da hədəfə alıb.
"Hədəflər təxminən 1600 kilometr məsafədə yerləşirdi. Bunlar ildə milyonlarla ton neft emal edən zavodlardır. Dəqiq zərbələrə görə təşəkkür edirəm", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Prezident Ukrayna hərbçilərinə təşəkkür edərək bildirib ki, zərbələr yalnız Rusiyanın müharibəni təmin edən obyektlərinə endirilir və uzaqmənzilli zərbələr planı mərhələli şəkildə həyata keçirilir.
İlqar Xudiyev Ukrayna Zelenski Rusiya konteyner gəmisinin batırılması neft emalı zavoduna zərbə
Mənbə: apa.az