İsrail  HAMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

İsrail HAMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

Tarix: 01 Aug 2026 20:24

İsrail Qəzza zolağında HAMAS-a məxsus silah anbarlarına növbəti hava zərbələri endirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı ümumilikdə beş silah anbarı hədəfə alınıb.

İsrail ordusunun məlumatına görə, anbarlarda "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatı və digər hərbi təyinatlı avadanlıqlar saxlanılırdı.

İsrail Qəzza HAMAS

Mənbə: apa.az

Xəbər Lenti