Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası baş verə bilər

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası baş verə bilər

Tarix: 01 Aug 2026 23:42

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75% təşkil edir.

Bu barədə Rusiyanın "Fobos" hava mərkəzi məlumat yayıb.

Məlumata görə, Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) səviyyəli maqnit qasırğası müşahidə oluna bilər.

Bildirilib ki, buna iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması səbəb ola bilər. Maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və 6–9 saat davam etməsi gözlənilir.

"Fobos"un məlumatına əsasən, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonunadək və bazar ertəsinin birinci yarısında da davam edəcək.

Günəş maqnit qasırğası geomaqnit

Mənbə: apa.az

Xəbər Lenti