Bazar, 2 Avqust, 2026
Tarix: 02 Aug 2026 05:50
Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə baş vermiş iri meşə yanğınlarının nəzarət altına alındığını açıqlayıb.
Bu barədə o, "La Tribune Dimanche" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond departamentində yanğınlarla mübarizə olduqca çətin keçib. Baş nazir qeyd edib ki, alov öz hava axınlarını formalaşdırdığı üçün onun yayılmasını proqnozlaşdırmaq mümkün olmayıb.
Lekornu bildirib ki, hava şəraitinin dəyişməsi, yanğınsöndürənlərin fasiləsiz fəaliyyəti və daimi müşahidə nəticəsində vəziyyət sabitləşib.
Fransa yanğın
Mənbə: apa.az