Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb

Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb

Tarix: 02 Aug 2026 14:08

Ermənistanda parlament seçkiləri ilə əlaqədar yeni formalaşacaq hökumətin baş naziri postuna namizəd irəli sürülüb.

APA xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.

Nikol Paşinyan Ermənistan Baş naziri

Mənbə: apa.az

Xəbər Lenti