Bazar, 2 Avqust, 2026
Tarix: 02 Aug 2026 16:17
Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib.
Dəryanur Cəfərova Türkiyə meşə yanğınıMənbə: apa.az