Səudiyyə Ərəbistanı və İran XİN başçıları bölgədə gərginliyin azaldılmasını müzakirə ediblər

Səudiyyə Ərəbistanı və İran XİN başçıları bölgədə gərginliyin azaldılmasını müzakirə ediblər

Tarix: 03 Aug 2026 00:23

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, tərəflər Fars körfəzi bölgəsində gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri və son regional hadisələri müzakirə ediblər.

Səudiyyə XİN-in məlumatına görə, ər-Riyad bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasında fəal rolunu davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edib.

“Axios”un məlumatına görə, vəliəhd Vaşinqtonu İrana qarşı genişmiqyaslı zərbələr endirməkdən çəkindirib.

Öz növbəsində Tramp isə Tehranla razılaşma əldə etmək naminə planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.

Mənbə: apa.az

Xəbər Lenti