ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar layihəsi ləngiyir

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar layihəsi ləngiyir

Tarix: 02 Aug 2026 23:48

ABŞ Senatında senator Lindsi Qrehemin hazırladığı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin qəbulu gecikir.

APA xəbər verir ki, bu barədə “The Washington Times” məlumat verib.

Məlumata görə, gecikməyə səbəb sanksiyaların özü deyil, layihədə prezident Donald Trampa Rusiya nefti və qazını alan ölkələrə yüksək gömrük rüsumları tətbiq etmək səlahiyyəti verən müddəalardır.

Bəzi demokrat senatorlar bu səlahiyyətlərin siyasi məqsədlərlə istifadə oluna biləcəyini bildirərək etiraz ediblər. Respublikaçı senator Rend Pol isə Rusiyaya qarşı sanksiyaları dəstəkləsə də, yeni rüsumların qlobal iqtisadiyyata ciddi zərər verəcəyini deyərək layihəyə qarşı çıxıb.

Buna baxmayaraq, Senatda qanun layihəsinə geniş dəstək qalır və rəhbərlik avqust tətilinə qədər kompromis əldə edərək sənədi yekun səsverməyə çıxarmağa çalışır.

Demokratlar da vurğulayırlar ki, fikir ayrılıqlarına baxmayaraq, Ukraynaya dəstək ABŞ üçün prioritet olaraq qalır.

Mənbə: apa.az

Xəbər Lenti