- Cümə, 27 Dekabr, 2024
Tarix: 23.05.2024 11:07
Azərbaycanın ötən il Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) və Azərbaycan-Qırğız İnkişaf Fondunun qurulmasına ayırdığı vəsait açıqlanıb.
APA-nın xəbərinə görə bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədilə 212,5 milyon manat (o cümlədən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) və Azərbaycan-Qırğız İnkişaf Fondu) ayrılıb.