Gömrük xətti ilə büdcə daxilolmaları proqnozu 500 milyon manat artırılıb

Tarix: 24.05.2024 23:47

2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6 milyard 400 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500 milyon manat və ya 8,5% çoxdur.

Bu barədə "APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmaları, ümumi dövlət büdcəsinin gəlirlərinin 17,6%-ni təşkil edəcək.

Xəbər Lenti