- Cümə, 27 Dekabr, 2024
Tarix: 24.05.2024 23:40
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1% çoxdur.
Bu barədə "APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4 milyard 580 milyon manatı və ya 30%-i neft sektorunun, 10 milyard 690 milyon manatı və ya 70%-i isə qeyri-neft sektorunun payına düşəcəkdir.