Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO

Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO

Tarix: 20 Aug 2026 14:53

Azərbaycan jurnalistləri Özbəkistana media turu çərçivəsində Səmərqəndin ən məşhur tarixi-mədəni məkanlarından biri olan Registan meydanını ziyarət ediblər.

APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələri İslam dünyasının ən möhtəşəm memarlıq ansambllarından biri hesab olunan Registan meydanının tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olublar.

Jurnalistlərə meydanı əhatə edən Uluqbəy, Şirdar və Tilla-Kari mədrəsələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Registan orta əsrlərdə Səmərqəndin elm, təhsil və mədəni həyatının əsas mərkəzlərindən biri olub. Meydanın memarlıq ansamblının formalaşmasında Uluqbəy mədrəsəsi xüsusi yer tutur. XV əsrdə inşa edilən mədrəsədə astronomiya, riyaziyyat, fəlsəfə və digər elmlər tədris olunub.

Media nümayəndələrinə Şirdar və Tilla-Kari mədrəsələrinin də Registanın memarlıq ansamblında mühüm yer tutduğu bildirilib. XVII əsrdə inşa edilən bu tikililər zəngin kaşı bəzəkləri, naxışları və monumental fasadları ilə seçilir.

Jurnalistlər mədrəsələrin fasadlarında istifadə olunan rəngarəng kaşı işləmələri, həndəsi və bitki ornamentləri, günbəzlər və digər memarlıq elementləri ilə tanış olublar.

Qeyd olunub ki, Registan Səmərqəndin tarixi simvollarından biri olmaqla yanaşı, Böyük İpək Yolu üzərində şəhərin elm, təhsil və mədəniyyət mərkəzinə çevrilməsində mühüm rol oynayıb. Meydan bu gün də Səmərqəndə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Azərbaycan jurnalistləri səfər zamanı Registan meydanının tarixi əhəmiyyəti, burada qorunan memarlıq irsi və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycan media nümayəndələrinin Səmərqəndə səfəri Özbəkistana təşkil olunan media tur çərçivəsində həyata keçirilir. Səfərin məqsədi ölkənin tarixi-mədəni irsinin, turizm imkanlarının və son illərdə həyata keçirilən layihələrin Azərbaycan ictimaiyyətinə təqdim edilməsidir.

İlqar Xudiyev #Azərbaycan #medianümayəndələri #Səmərqənd #Özbəkistan
Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO
Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO
Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO
Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO
Azərbaycan media nümayəndələri Səmərqənddə Registan meydanını ziyarət ediblər - FOTO

Mənbə: apa.az

Xəbər Lenti