“Baku Steel Company” QSC açıq tender elan edir

“Baku Steel Company” QSC açıq tender elan edir

Tarix: 20 Nov 2026 13:19

Tenderin predmeti: Avadanlıqların satın alınması

Tender 2 lot üzrə keçirilir:

Lot 1. CNC birşpindelli torna dəzgahının alınması Lot 2. Uçan qayçı alınması

Tenderdə iştirak haqqı: ödənişsiz

“Açıq tenderdə” iştirak üçün müraciət

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına [email protected] “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 03 Dekabr 2026-ci il saat 18:00-dək PDF formatında [email protected] ünvanına göndərməlidir:

İlkin sənədlər

Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti); İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar) İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat); Əlavədə olan PQQ - Potensial təchizatçıların ixtisas uyğunluğunun yoxlanılması üçün sorğu anketi formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

“Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

“Açıq tender” ilə bağlı vəzifəli şəxs

İddiaçılara (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi Əbdülrəhman Adıgözəlov

Email: [email protected]

Əlaqə telefonu: (+99450) 300 75 75

(+99412) 490 08 00 ext. 1104

Təkliflərin göndərilməsi qaydaları

Təkliflər iki hissədən ibarətdir – “Texniki təklif” ( təklif olunan malların texniki xüsusiyyətləri / xidmətin və ya işin həcmi, üsulu və hesabatı) və “Qiymət təklifi” (qiymət cədvəli).

İddiaçılardan aşağıda göstərilən qaydalara əsasən təkliflərin göndərilməsi tələb olunur. Qaydalara riayət etməyən iddiaçı müsabiqədən kənarlaşdırılacaq. (bax 6-ci bəndə)

Hər iddiaçı iki şifrələnmiş faylları - [email protected] ünvanına yollamalıdir:

1. “Texniki təklif”

2. “Qiymət təklifi”

Hər iki təklif bir məktubla ayrı-ayrılıqda fərqli şifrələnmiş fayllarda göndərilməlidir!

Eyni zamanda YALNIZ “Texniki təklifi”-nə aid faylın şifrəsi (“password”) [email protected] ünvanına göndərilməlidir.

“Qiymət təklifi” faylına aid şifrə GÖNDƏRİLMƏMƏLİDİR. Bu fayla aid şifrə YALNIZ məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsin iddiaçıya müraciət etdikdən sonra göndərilməlidir!

Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir! (“password” ilə “Excel” faylı şifrələmə təlimatı bu məktuba əlavə olunur).

Yalnız “Texniki təklif”-ə müsbət texniki rəy alan iddiaçılardan “Qiymət təklifi”-nə aid şifrə (“password”) istəniləcək. “Texniki təklifə” mənfi rəy alan iddiaçının “Qiymət təklifi” nəzərə alınmayacaq.

Şifrələnmiş “Texniki təklif” və “Qiymət təklifi” faylları 10 Dekabr 2026-ci il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin [email protected] ünvanına, “Texniki təklifi”-nə aid şifrə (password) isə [email protected] göndərməyiniz tələb olunur.

Hər iki ünvana ( [email protected] və [email protected] ) yollanan məktubların “Subject”(Mövzu) hissəsində Satınalma predmetinin (başlıqda qeyd olunan) adını qeyd etmək mütləqdir!

Təkliflərin açılışı

“Açıq tender” üzrə, yalnız “Qiymət təklifi” faylların açılışı iddiaçıların iştirakı ilə ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. “Qiymət təklifi” faylların açılışı tarixi və saatı barədə tender ilə bağlı vəzifəli şəxs tərəfindən əlavə məlumat veriləcək. İddiaçıların səlahiyyətli nümayəndələri daxil olan “Qiymət təklifi” faylların açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında [email protected] ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.

“Açıq tender” müsabiqəsindən kənarlaşdırma şərtləri – DİQQƏT!

İlkin kvalifikasiyadan keçməyən iddiaçılara “Açıq tender” üzrə müsabiqədən kənarlaşdırılacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq. ŞİFRƏLƏNMƏMİŞ təklif faylları nəzərə alınmayacaq və buna yol verən iddiaçıların təklifləri tender müsabiqəsindən kənarlaşdırılacaq. Həm təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən iddiaçının təklifi nəzərə alınmayacaq və “Açıq tender” prosedurundan kənarlaşdırılacaq. “Texniki təklif” və “Qiymət təklifi” bir faylda göndərilərsə buna yol verən iddiaçının təklifi nəzərə alınmayacaq və “Açıq tender” prosedurundan kənarlaşdırılacaq. APA-Economics Baku Steel Company

Mənbə: apa.az

Xəbər Lenti