Cümə, 20 Noyabr, 2026
Tarix: 20 Nov 2026 13:10
Ağdamda Şəhər Günü çərçivəsində Qarabağ atlarının iştirakı ilə şou proqramı təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, İmarət Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirdə hərbi orkestrin müşayiəti, rəqs ansamblının və süvarilərin çıxışları olub.
Proqram çərçivəsində hərbi orkestr dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqilər ifa edib.
Daha sonra Qarabağ atları üzərində çıxış edən süvarilər müxtəlif nümunələr nümayiş etdiriblər.
Elgün Gəncimsoy Ağdam Qarabağ atları şou



Mənbə: apa.az