Cümə axşamı, 20 Avqust, 2026
Tarix: 20 Aug 2026 16:31
2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rezidenturaya qəbul olmuş şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 26.08.2026-02.09.2026-cı il tarixlərində siyahıda göstərilən sənədlərin əslini aşağıdakı cədvəldə qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:
Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini; əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu; xarici ölkələrdə ali təhsil almış şəxslər – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri; xarici ölkələrdə ali ixtisas tibb təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
№
Rezidentura hazırlığı aparan elm, təhsil müəssisələri və klinik bazalar
Tarix, vaxt və ünvan
Azərbaycan Tibb Universiteti
26 avqust
saat 10:00-dan-15:00-dək
(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
27 avqust
saat 10:00-dan-15:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
Mərkəzi Klinika
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Kliniki Tibbi Mərkəz
Mərkəzi Neftçilər Xəstəxanası
Akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası
Milli Onkologiya Mərkəzi
28 avqust
saat 10:00-dan-15:00-dək
(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
Milli Hematologiya və Transfuziologiya Mərkəzi
Bakı Sağlamlıq Mərkəzi
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
Gəncə Müalicə Diaqnostika Mərkəzi
31 avqust
saat 10:00-dan-15:00-dək
(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)
Gəncə Şəhər Psixo-nevroloji Dispanser
Gəncə Şəhər Psixiatriya Xəstəxanası
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi
Respublika Psixiatriya Xəstəxanası
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı”;
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
Yeni Klinika
Respublika Neyrocərrahiyyə Xəstəxanası
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
1 sentyabr
saat 10:00-dan-15:00-dək
(Ünvan: Bakı ş., Müzəffər Həsənov k., 35)
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialı
2 sentyabr
saat 10:00-dan-13:00-dək
(Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 139)
Gülcahan İmanqızı Səhiyyə Nazirliyi rezidentura qeydiyyatMənbə: apa.az