AYNA: 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

AYNA: 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Tarix: 21 Aug 2026 10:17

Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə "APA-Economics" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

Emil İsmayılov AYNA avtobus

Mənbə: apa.az

Xəbər Lenti