Bazar, 23 Avqust, 2026
Tarix: 21 Aug 2026 12:33
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.
APA-nın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.
Günay Elşən Hava proqnoz isti Milli Hidrometerologiya XidmətiMənbə: apa.az