Azərbaycanın sərhəd-keçid məntəqələrində yük maşınlarının növbəsi ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanın sərhəd-keçid məntəqələrində yük maşınlarının növbəsi ilə bağlı son vəziyyət açıqlanıb

Tarix: 21 Aug 2026 15:27

Avqustun 21-də Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumatına görə, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir.

Gürcüstanla sərhəddə “Mazımqara” gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, “Qırmızı Körpü” gömrük postunda isə 700-dür.

İran İslam Respublikası ilə sərhəddə “Biləsuvar” gömrük postunda növbə qeydə alınmayıb, “Astara” gömrük postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.

AYNA bildirir ki, sərhəddə yük nəqliyyat vasitələrinin sayı barədə canlı məlumatları Dövlət Gömrük Komitəsinin saytından izləmək mümkündür.

Bununla yanaşı, daşıyıcılar giriş zamanı çıxış postunu özləri müəyyən edə bilərlər. Çıxış istiqamətində növbənin çox olduğu halda isə gömrük əməkdaşlarına müraciət etməklə çıxış postunu dəyişmək mümkündür.

Emil İsmayılov AYNA Dövlət Gömrük Komitəsi Rusiya Gürcüstan İran sərhəd
Azərbaycanın sərhəd-keçid məntəqələrində yük maşınlarının növbəsi ilə bağlı son vəziyyət açıqlanıb

Mənbə: apa.az

Xəbər Lenti