Gülüstan Sarayına gedən yolda və daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Gülüstan Sarayına gedən yolda və daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Tarix: 21 Aug 2026 18:29

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə "APA-Economics"ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində hərəkət avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-si saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq.

"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

nəqliyyat AAYDA Bakı Suraxanı Saray Səbail qəsəbəsi
Gülüstan Sarayına gedən yolda və daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Mənbə: apa.az

Xəbər Lenti