Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq

Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq

Tarix: 24 Aug 2026 18:30

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23:00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Xətai rayonu içməli su Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Mənbə: apa.az

Xəbər Lenti