Cümə axşamı, 27 Avqust, 2026
Tarix: 26 Aug 2026 11:31
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirilib.
APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yararsız xalçaların, xüsusilə Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsindən ibarətdir.
Layihənin əsas hədəfləri mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.
Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə – “Dayanıqlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehlak və istehsal” və “İqlim üzrə fəaliyyət” məqsədlərinə də xidmət edir.
Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
İlkin Naib Laçın sərgi





Mənbə: apa.az