Xətai rayonunda nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Xətai rayonunda nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Tarix: 26 Aug 2026 20:56

Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti avqustun 26-da saat 22:00-dan avqustun 28-i saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya bildirilib ki, sürücülərdən qeyd edilən müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

xətai aayda

Mənbə: apa.az

Xəbər Lenti