Şənbə, 29 Avqust, 2026
Tarix: 28 Aug 2026 17:47
Avqustun 28-də elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Selcan Zaurqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev vətəndaş qəbulu








Mənbə: apa.az