Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 05:26
Polşanın Baş naziri Donald Tusk Rusiyanın növbəti eskalasiyaya hazırlaşdığını və qarşıdakı altı ayın regionun təhlükəsizliyi baxımından həlledici olacağını bildirib.
APA xəbər verir ki, bu barədə Tusk NATO-nun baş katibi Mark Rütte ilə danışıqlardan sonra “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, NATO və alyansın ayrı-ayrı üzvləri Rusiyanın mümkün təxribatlarını istisna edə bilməz.
Onun sözlərinə görə, Rusiyanın eskalasiyası davam edir və bu vəziyyət Avropadan təcili tədbirlər görülməsini, xüsusilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini tələb edir.
Donald Tusk NATO Rusiya Ukraynanın hava hücumundan müdafiəsi
Mənbə: apa.az