Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 14:43
“Qalatasaray” heyətini ulduz futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Leao “Qalatasaray”da mövsümə 10 milyon avro maaş alacaq.
“Sarı-qırmızılılar” futbolçunun transferi üçün A Seriyası klubuna 38 milyon avro ödəyəcək. “Milan” həmçinin Rafael Leaonun növbəti satışından əldə ediləcək mənfəətin 20 faizini alacaq.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinirdi.
Qalatasaray Rafael LeaoMənbə: apa.az