Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 12:22
Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Firuzə Vahid Azərbaycan Oman diplomatik pasport xidməti pasport viza