Ağstafada iki nəfər minaya düşüb, ölən var

Ağstafada iki nəfər minaya düşüb, ölən var

Tarix: 15 Nov 2026 17:30

Ağstafada mina partlayışı hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Minaya düşən 1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilkin xəbəri oxu.az yayıb.

Fuad Nazimoğlu Ağstafa mina

Mənbə: apa.az

Xəbər Lenti