Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB

Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB

Tarix: 15 Nov 2026 17:01

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Yəmənin Cənub Qüvvələri komandanlığının bəyanatına əsasən, qoşunların geri çəkilməsi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövcudluğun gücləndirilməsi çərçivəsində həyata keçirilib. Qeyd edilib ki, manevrin əsas məqsədi Ədənin və qonşu əyalətlərin təhlükəsizliyini təmin etmək, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılması üzrə əməliyyatı davam etdirməkdir.

Yəmən Ordusunun Bab əl-Məndəb boğazı və Zubab rayonundakı mövqelərindən geri çəkilməsi “Ənsar Allah” hərəkatının (husilər) Ədənə şimal və qərb istiqamətlərindən giriş qapısı sayılan Ləhc əyalətində irəliləməməkdə olduğu bir vaxta təsadüf edir.

Husilərin nəzarətində olan SABA informasiya agentliyi hərbi mənbəyə istinadən hökumətyönlü silahlı birləşmələrin şiddətli toqquşmalardan sonra itkilər verərək Ədən istiqamətində geri çəkildiyini iddia edib.

Yəməndə 2014-cü ilin avqustundan etibarən husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. 2026-cı ilin iyulunda üsyançılar krallığa qarşı dəniz blokadası tətbiq etdiklərini elan edib, bundan sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum ediblər.

Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücuma başlayıb, sentyabrın 10-11-də isə liman şəhəri Moxaya və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti ələ keçirib.

***

saat 12.32

Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb.

“Al Jazeera” xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinin tabeliyindəki ordunun sözçüsü polkovnik Məcid əl-Nuzeyli Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik və ticarət üçün əhəmiyyətini vurğulayıb.

Polkovnik Məcid əl-Nuzeyli “Bab əl-Məndəb boğazının və qərb sahilinin azad edilməsinin Yəmən Silahlı Qüvvələrinin ayrılmaz hüququ” olduğunu qeyd edib. O, cənub qüvvələrinin müvəqqəti paytaxt Ədənin və digər cənub quberniyalarının qorunmasında, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılmasına yönələn səylərdəki rolunu yüksək qiymətləndirib.

Əl-Nuzeylinin sözlərinə görə, Taizin husilərin mühasirəsindən çıxarılması istiqamətində səylər kritik bir dövrdə “milli vəzifə”dir.

Yəmən Ordusu beynəlxalq ictimaiyyət Bab əl-Məndəb boğazı husilər

Mənbə: apa.az

Xəbər Lenti