Bakıda və Abşeron yarımadasında küləyin sürəti 27 m/s-ə çatıb

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 27 m/s-ə çatıb

Tarix: 15 Nov 2026 18:12

Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.

hava külək

Mənbə: apa.az

Xəbər Lenti