Avropa Komissiyasının Prezidenti: Regionda sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramı elan edəcəyik

Avropa Komissiyasının Prezidenti: Regionda sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramı elan edəcəyik

Tarix: 01 Jul 2026 19:51

“Sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramı elan edəcəyik”.

APA-nən əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Bu gün toxunmaq istədiyim məsələ sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramın elan edilməsidir. Biz birlikdə sülhün regionda möhkəmlənməsinə kömək etmək, sülhün faydalarını sərhədyanı bölgələrdə yaşayan insanların gündəlik həyatında görünən və hiss olunan etmək istəyirik. Biz, məsələn, təcili tibbi yardım avtomobillərinin alınması yolu ilə səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına investisiya yatıracağıq. Təhlükəsizliyin təmin edilməsi məqsədilə minalardan təmizləmə işlərinə diqqət ayıracağıq. Kənd yerlərinin inkişafı, su ehtiyatlarının idarə olunması, dəqiq əkinçilik və digər istiqamətlər vasitəsilə güclü yerli icmaların formalaşdırılmasına sərmayə qoyacağıq. Əlbəttə, kiçik və orta sahibkarlığa dəstək də bu proqramın mühüm hissəsini təşkil edəcək.”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti