Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan-Azərbaycan əməkdaşlığı inkişaf edəcək

Tarix: 21 Dec 2025 19:32

Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcək.

APA-nın xəbərinə görə, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirib.

“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Qurbanqulu Berdiməhəmmədov vurğulayıb.

Qurbanqulu Berdiməhəmmədov Türkmən xalqının Milli Lideri Türkmənistan Xalq Məsləhətinin sədri Türkmənistan Azərbaycan

Xəbər Lenti