Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

Tarix: 31 Aug 2026 17:07

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

APA xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Həsənli Abidin Nəsib oğlunun adı siyahıya əlavə edilib.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

Gülcahan İmanqızı Səhiyyə Nazirliyi plastik cərrah

Mənbə: apa.az

Xəbər Lenti