XİN rəhbəri: Suriya İsrailin hücumlarına baxmayaraq, diplomatik həll yolu axtarır

XİN rəhbəri: Suriya İsrailin hücumlarına baxmayaraq, diplomatik həll yolu axtarır

Tarix: 01 Sep 2026 15:32

Suriya İsrailin hücumlarına baxmayaraq, diplomatik normallaşma istiqamətində çalışır.

“Al Arabiyya”nin xəbərinə görə, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.

Onun sözlərinə görə, hücumlar hələ də davam edir. Belə ki, təkcə iyul ayında 65 belə fakt qeydə alınıb, avqustun ilk 18 günündə isə bu rəqəm 52 olub.

“Biz diplomatik həll yoluna sadiqik və bu istiqamətdə ciddi cəhdlə işləyirik”, - Şeybani qeyd edib.

O vurğulayıb ki, İsrail bu il 147 suriyalını həbs edib, onlardan 49 nəfəri hələ də həbsdədir.

XİN rəhbəri hazırda ABŞ-ın vasitəçiliyi ilə İsraillə danışıqlar aparıldığını əlavə edib.

Toğrul Quluzadə Suriya Şeybani İsrail diplomatik həll

Mənbə: apa.az

Xəbər Lenti