Cümə, 16 Oktyabr, 2026
Tarix: 02 Sep 2026 12:42
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan gəminin qalıqları tapılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib.
O qeyd edib ki, gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.
Ərazidə axtarış işləri fasiləsiz davam etdiriləcək.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Dəryanur CəfərovaMənbə: apa.az