Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 11:53
Bu islahatlardan sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar.
APA xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin sualına cavablayarkən deyib.
O qeyd edib ki, bu islahat regionlarda həkim kadrlarının sayına müsbət təsir göstərəcək:
“Regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həm həkimlərin hüquqlarının müdafiəsi, həkimlərə münasibət, infrastrukturun və avadanlıqların mövcudluğu çox önəmlidir. Lakin bütün bu addımların yanında, əgər gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Ona görə də bu islahat çərçivəsində, gördüyümüz kimi, bir neçə istiqamətdə region həkimləri üçün təşviq mexanizmləri tətbiq etmişik".
O sonda vurğulayıb ki, sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdəki sabit əlavələrdən fərqlənir: “Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Regionlarda 1,3 əmsal tətbiq olunacaq”.
Gülcahan İmanqızıMənbə: apa.az