“PAŞA Sığorta” “INMERGE” innovasiya sammitinin rəsmi sponsorudur

“PAŞA Sığorta” “INMERGE” innovasiya sammitinin rəsmi sponsorudur

Tarix: 02 Sep 2026 16:26

Ölkənin sığorta sektorunun lideri “PAŞA Sığorta” rəqəmsal gələcəyə, texnologiyaya və yenilikçi ideyalara dəstəyini növbəti addımı ilə davam etdirir. Şirkət bu il noyabrın 30-u və dekabrın 1-də Bakı Konqres Mərkəzində təşkil olunacaq regional “INMERGE” innovasiya sammitinin rəsmi sponsorudur.

Regionun ən böyük texnologiya platformalarından sayılan bu sammit, dünyanın məşhur spikerləri, aparıcı startapları və böyük investorları bir araya gətirərək yeni tərəfdaşlıqlara imkan yaradır.

Sığortada müasir həllər təqdim edən “PAŞA Sığorta”, bu tərəfdaşlıq vasitəsilə gələcəyin texnologiyalarını dəstəkləməyə və ölkəmizin innovasiya potensialını daha da gücləndirməyə davam edəcək.

APA-Economics PAŞA Sığorta

Mənbə: apa.az

Xəbər Lenti