Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 16:49
Bakının Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb.
"APA-Economics" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bununla da, metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin edilib, sərnişinlər rahat minib-düşməni həyata keçirə bilirlər. Həmin ərazidə mövcud olan taksi duracağının yeri dəyişdirilir. Ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.
APA-Economics Nizami dəyişiklikMənbə: apa.az