Bazar ertəsi, 7 Sentyabr, 2026
Tarix: 07 Sep 2026 08:04
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunur.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,52% ucuzlaşaraq 79 621,90 ABŞ dollarına enib.
“Ethereum” 0,36% azalaraq 2 498,95 dollara, BNB 2,51% ucuzlaşaraq 745,61 dollara, “Monero” 4,40% geriləyərək 532 dollara, “Bitcoin Cash” isə 2,89% azalaraq 255,38 dollara düşüb.
Bununla yanaşı, bəzi kriptovalyutalarda kəskin bahalaşma qeydə alınıb. “Zcash” son sutkada 11,16% artaraq 1 190,12 dollara, “Bittensor” isə 13,83% bahalaşaraq 270,82 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 0,68% azalaraq 4 402,05 dollara, “Tether Gold” (XAUT) isə 0,60% geriləyərək 4 399,87 dollara enib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,39% azalaraq 164,61 bənd təşkil edib.
“Bitcoin”ə təzyiq ötən həftə ABŞ-da açıqlanan gözləntilərdən güclü əmək bazarı göstəricilərindən sonra FED-in sentyabrda faiz artıra biləcəyi ehtimalının yüksəlməsi ilə əlaqələndirilir. Hazırda bazar iştirakçıları sentyabrda faiz artımı ehtimalını təxminən 57% qiymətləndirirlər. İnvestorların diqqəti bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə yönəlib.
“Zcash”ın son dövrdəki kəskin yüksəlişinə isə bu aktivə institusional çıxış imkanlarının genişlənməsi və güclü spekulyativ tələbin dəstək verdiyi bildirilir.
Rahim Tarıverdiyev kripto bitkoinMənbə: apa.az