Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 21 Jan 2024 20:34
Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.
Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib. Bu barədə APA-ya Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.
"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”.
Mənbə: apa.az