Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 07 Sep 2026 15:29
1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.
Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
"Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq", - paylaşımda qeyd olunub.
Heydər Əliyev Fondu Anar Ələkbərov 44 film



Mənbə: apa.az