Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 08:11
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti üzrə ucuzlaşma müşahidə olunur. “APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,98% ucuzlaşaraq 78 891,71 ABŞ dollarına enib. “Ethereum” 0,60% azalaraq 2 484,81 dollara, BNB 0,39% geriləyərək 743,12 dollara düşüb. “Zcash” 4,97% ucuzlaşaraq 1 133,90 dollara, “Monero” 4,23% azalaraq 509,89 dollara, “Bittensor” isə 5,36% geriləyərək 256,38 dollara enib. “Bitcoin Cash” isə bazardakı ümumi enişdən fərqli olaraq 1,22% bahalaşaraq 258,52 dollara yüksəlib. Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,77% bahalaşaraq 4 435,49 dollara, “Tether Gold” (XAUT) isə 0,73% artaraq 4 431,03 dollara çatıb. “CoinMarketCap 20” indeksi son sutkada 0,96% azalaraq 162,96 bənd təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitallaşması 0,75% azalaraq 2,68 trln. dollara düşüb. “Fear & Greed” indeksi isə 72 bənd təşkil edir. Bazardakı enişə investorların ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri ərəfəsində ehtiyatlı mövqe tutması və FED-in gələcək faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik təsir göstərir. Riskli aktivlərə tələbin zəifləməsi “Bitcoin” və əsas altkoinlər üzərində satış təzyiqini artırır.
Rahim TarıverdiyevMənbə: apa.az