ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib

ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib

Tarix: 10 Sep 2026 22:29

ABŞ Dövlət Departamenti Argentinaya 140 milyon dollara UH-60M “Black Hawk” çoxməqsədli helikopterlərinin və onunla əlaqəli sistemlərin mümkün satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet saytında məlumat verilib.

Məlumata görə Argentina ABŞ-dan dörd UH-60M “Black Hawk” helikopteri, iki mühərrik, onlarla əlaqəli avadanlıq və xidmətlər almağı xahiş edib. Sazişin dəyərinin 140 milyon dollar olduğu bildirilir.

Argentina ABŞ helikopter

Mənbə: apa.az

Xəbər Lenti