Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək

Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək

Tarix: 11 Sep 2026 02:22

Livan və İsrail nümayəndə heyətləri münaqişənin sülh yolu ilə nizamlanmasına dair səkkizinci danışıqlar turunu 15-16 sentyabr tarixlərində Romada keçirəcək.

Bu barədə “əl-Cəzira” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Livan ordusunun nəzarətində olan cənub bölgələrində yeni pilot zonaların yaradılmasını müzakirə edəcəklər.

Qeyd edəkki, əvvəlki danışıqlar 4-6 avqust tarixlərində keçirilib və görüşlər Livanın cənubunda şiə “Hizbullah” təşkilatının silahlı təxribatından sonra yarımçıq qalıb.

Livan İsrail Roma danışıqlar

Mənbə: apa.az

Xəbər Lenti