Bazar, 20 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 15:28
Belarus Prezidenti Aleksandr Lukaşenko qoşunlarda hazırlığın yoxlanılmasını davam etdirmək planlarını təsdiqləyib.
“Belta” xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Mən artıq xalq dilində demişəm: ordunu silkələmək lazımdır, vaxt gəlib. Bütün ordunu. Səfərbərliyə qədər hamını yoxlayacağıq”, - Lukaşenko deyib.
Aleksandr Lukaşenko hazırda artilleriya briqadasının onun tapşırığı ilə yoxlanıldığını vurğulayıb.
O, bundan əvvəl tank bölmələrinin yoxlanıldığını xatırladıb.
“Müharibədə olduğu kimi hər şeyi edirik", - deyən Belarus Prezidenti bu cür yoxlamalarda müasir hərbi münaqişələrin təcrübəsindən istifadə edildiyini qeyd edib.
Belarus Prezidenti Aleksandr LukaşenkoMənbə: apa.az