Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına, yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib  - VİDEO - YENİLƏNİB

Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına, yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib - VİDEO - YENİLƏNİB

Tarix: 13 Sep 2026 13:29

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə də zərbə endirib.

APA xəbər verir ki, bu barədə “Ukrzaliznıtsya” məlumat yayıb.

Qeyd edilib ki, monitorinq qrupu əvvəlcədən qatar briqadasını təhlükə barədə xəbərdar edib və bunun sayəsində heç kim xəsarət almayıb.

Xatırladaq ki, Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib.

“Yahodin” sərhəd-keçid məntəqəsi Volın vilayətində, Kovel rayonunun Starovoytovo kəndi yaxınlığında, Polşa tərəfində isə Doroqusk yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Bu məntəqə Ukrayna ilə Polşa arasında əsas avtomobil keçidlərindən biridir.

***

saat 11.30

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə zərbə endirib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəticədə yanacaqdoldurma məntəqəsi və bir neçə yük avtomobili yanıb.

Görüntülərdə yanacaqdoldurma məntəqəsini və onun yaxınlığında dayanan yük avtomobillərini əhatə edən genişmiqyaslı yanğın əks olunub. Kadrlarda baş verənləri müşahidə edən insanlar da görünür.

https://t.me/apa_az/126262

Rusiya Ukrayna-Polşa sərhədi  yanacaqdoldurma məntəqəsi
Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına, yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib  - VİDEO - YENİLƏNİB
Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına, yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib  - VİDEO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti