ABŞ energetika naziri: Hörmüz boğazı ilə bağlı İranla qarşılıqlı razılaşmaya bel bağlamaq düzgün strategiya deyil

ABŞ energetika naziri: Hörmüz boğazı ilə bağlı İranla qarşılıqlı razılaşmaya bel bağlamaq düzgün strategiya deyil

Tarix: 13 Sep 2026 22:38

ABŞ energetika naziri Kris Rayt Hörmüz boğazının açılması ilə bağlı İranla qarşılıqlı razılaşmaya bel bağlamağın düzgün strategiya olmadığını bildirib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Raytın sözlərinə görə, enerji bazarları hazırda Hörmüz boğazından yan keçən alternativ marşrutlara güvənməli olacaq.

O bildirib ki, bu alternativlər vasitəsilə gündə təxminən 10 milyon barel xam neft və neft məhsulunun daşınması hələ də təmin edilir.

Bu açıqlama Hörmüz boğazında gəmiçilik və enerji daşımaları ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda səslənib.

ABŞ iran Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti