Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 14:33
Avqustun 28-i Yeni Klinikaya hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovaya zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumta verilib.
Bildirilib ki, o, dünən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Daha sonra o, müalicə üçün Yeni Klinikaya köçürülüb.
Xalq artisti Şükufə Yusupova TƏBİBMənbə: apa.az