Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 10:04
ABŞ-da kommersiya neft ehtiyatları 6 156 min barel artıb və 449 259 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Emil İsmayılov EIA ABŞ neft ehtiyatları